Məmmədyarov Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə görüşür

memmedyarov-xezeryani-olkelerin-xarici-isler-nazirleri-ile-gorusur
Oxunma sayı: 2318

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov, Rusiya XİN başçısı Sergey Lavrov, Qazaxıstan XİN başçısı Kayrat Abdrahmanov, Türkmənistan XİN başçısı Rəşid Meredov və İran XİN başçısı Məhəmməd Cavad Zərif iştirak edirlər.

Görüşdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalandıqdan sonra “beşlik” dövlətlərin qarşılıqlı təsiri məsələləri danışılacaq, avqustun 12-də keçiriləcək Xəzər sammitinin kommünikesi hazırlanacaq.