Məmmədyarov Yunanıstanın XİN başçısı ilə görüşüb

memmedyarov-yunanistanin-xin-bascisi-ile-gorusub
Oxunma sayı: 773

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Yunanıstan və Qananın xarici işlər nazirləri ilə görüşüb.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüş keçirib. 

Görüşlər zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.