Məmmədyarovla Lavrov arasında telefon danışığı olub

memmedyarovla-lavrov-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 786

Azərbaycan və Rusiya XİN rəhbərləri Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, nazirlər Xəzəryanı dövlətlərin beşinci sammiti ilə bağlı sənədlərin hazırlanması üzrə aparılan işlərin gedişini müzakirə ediblər.

“Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 5 dekabr 2017-ci ildə Moskvada keçirilən toplantısında əldə olunmuş razılaşmalar kontekstində, nazirlər Beşinci Xəzər sammitinin sənədləri üzrə işlərin gedişatını  müzakirə edib.

Tərəflər Xəzər dənizinin statusu barədə Konvensiyanın imzalanacağı gözlənilən beştərəfli zirvə toplantısının vacibliyi ilə bağlı ortaq fikir ifadə edib”,- deyə Rusiya XİN-nin məlumatında qeyd olunur.