Məmmədyarovla Lavrov telefonla danışıblar

memmedyarovla-lavrov-telefonla-danisiblar
Oxunma sayı: 953

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov arasında fevralın 1-i telefon danışığı olub.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.