Məmur oğlu qəza törətdi

memur-oglu-qeza-toretdi
Oxunma sayı: 5080


“Qafqazinfo”nun məlumatına görə, sürətlə hərəkət edən Nicat Məmmədovun idarə etdiyi “Mercedes” markalı maşın şəhərin mərkəzi küçələrindən birində-6 saylı məktəbin qarşısında hərəkətdə olan “VAZ 21 015” markalı avtomobili arxadan vurub.

Qəza zamanı hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb. “VAZ 21 015”in sürücüsünün yüngül xəsarət aldığı bildirilir. 

Məmur oğlu rayonda “avtoş” kimi tanınır. Yerli polis hadisə yerində araşdırma aparır. 

Qeyd edək ki, Nicat Məmmədov Bərdə rayon icra baçısının müavini İlham Məmmədovun oğludur. 

Anar Həşimov