Məmur qızı səs-küylü toyuna nə qədər xərcləyib? - Fotolar + Video

Məmur qızı səs-küylü toyuna nə qədər xərcləyib?
Oxunma sayı: 19640

Bu gün yerli mətbuatda Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin bir neçə ay əvvəl keçirilmiş toy mərasimi ilə bağlı xəbərlər yayılıb. Həmin məlumatlarda toya 400 min dollar xərcləndiyi qeyd olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məmurun qızının Oktay adlı şəxslə nikah mərasimi ötən ilin dekabrında, toyu isə yanvarında baş tutub. Müzakirələrə səbəb olan toy Bakının məşhur mərasim saraylarından birində qeyd edilib.

Cütlüyün instaqram sosial şəbəkəsindəki fenomenliyi və çoxsaylı izləyicisi olan səhifəsinin varlığı toy xərclərini yarılayıb. Belə ki, toyun dekorasiyası, çəkiliş qrupu, bəy-gəlinin bəzədilməsi və digər xidmətlər həmin səhifədə reklam olunmaq şərtləri ilə həyata keçirilib. Qüdrət Şükürovun qızının gəlinliyinin qiyməti isə o qədər də baha hesab olunmur- 3 000 AZN. 

Cütlük bal ayını Maldiv adalarında keçirib. 

Toy mərasimini müğənni Xatirə İslam aparıb, onunla yanaşı, məclisə Günay İbrahimli, Nurlan Təhməzli və başqa ifaçılar da qatılıb. Asif  Məhərrəmov isə hətta cütlüyə ödənişli əsaslarla mahnı da həsr edib. 

Məmur qızının şəxsi gözəllik salonu var. Bu, Ayselin ikinci evliliyidir, ilk nikahdan onun 1 oğlu var. 

Elvin Elxan

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi