Məmurlar prezident üçün rəngli corab geyindilər - - Video

memurlar-prezident-ucun-rengli-corab-geyindiler-
Oxunma sayı: 2391

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Buşun parlaq corab hobbisini biabırçılıq adlandıranlarla yanaşı ona dəstək olanlar da var. Eks prezidentin ad günü ərəfəsində internet istifadəçiləri rəngli corablar geyinərək ona dəstək olduqlarını nümayiş etdiriblər.

Kampaniyaya adi vətəndaşlarla birgə siyasətçi Nensi Pelosi, keçmiş dövlət katibi Kondoliza Rays, sabiq müdafiə naziri Robert Qeyts və  milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçi Stiven Xedli  də qoşulublar.

Qeyd edək ki, Amerikanın 41-ci prezidenti olan böyük corc Buş son vaxtlar ictimaiyyət arasına, eləcə də rəsmi tədbirlərə rəngli corablarla çıxır. Belə ki, o, ötən il Ağ Evdəki mərasimlərdən birinə qırmızı-ağ-göy zolaqlı corabla qatılıb.