Məmuru zibil qutusuna belə atdılar- - Video

memuru-zibil-qutusuna-bele-atdilar-
Oxunma sayı: 1820


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Zaporojedə Vilayət şurasının sabiq başçısını zibil qutusuna atıblar. 

“Sağ sektor”un fəalları Zaporojenin vilayət şurasının keçmiş rəhbəri Pavel Matviyenkonun kabinetinə zorla giriblər. Etirazçılar “Lyustrasiya!” qışqıraraq siyasətçini yumurta atəşinə tutublar.

Matviyenkonu küçəyə çıxararaq onu zibil qutusuna atıblar.

Qeyd edək ki, Ukrayna Ali Radası Lüstrasiya – “Hakimiyyətin təmizlənməsi haqqında” qanunu qəbul edib. Poroşenko isə bu qanunu təsdiqləyib.