“Mən ailəliyəm artıq...” - Fotolar

men-aileliyem-artiq-fotolar
Oxunma sayı: 643

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan müğənni şok etiraflar edib. Daha öncəki açıqlamasında bir daha ailə həyatı qurmaq istəmədiyini deyərək ən böyük sirrini açıb. Məlum oldu ki, Sevinc hələ bir neçə il öncə gizli ailə həyatı qurub: "Mən bu məsələni açmaq istəmirdim. Diqqətli oxucuların yadındadır ki, elə 3 il öncə qanuni yolla, amma gizli şəkildə ailə quracağımı demişdim. Qurmuşam artıq. Bu məsələnin böyüməsini istəmirdim. Ancaq indi görürəm ki, başqa yolum qalmadı. Mən bir daha ailə qurmayacağımı ona görə dedim ki, ailəliyəm artıq. Nə vaxt necə olduğunu soruşmayın. Çünki bu məsələ ilə gündəmə gəlmək istəmirdim. Məni bu həddə reytinq naminə ağıllarına gələni yazan bəzi jurnalistlər çatdırdı. Mən daha şəxsi həyatım haqda danışmaq istəmirəm".

Sevinc nigahdan kənar uşaq dünyaya gətirmək məsələsinə də toxundu: “Mən demədim ki, nigahdan kənar, ailə qurmadan ana olmaq istəyirəm. Mən sadəcə bu gözəl hissi yaşamaq istəyimi qeyd etdim. Axı hansı qadın ana olmaq istəməz? Təbii ki, mən də ana olmaq istərdim. Burda pis nə var ki? Axı mən demədim ki, bu dəqiqə yoldaşım olmadan ana oluram. Niyə biz bu zəmanəyə gəlib çatdıq? Keçirdiyin ən gözəl hissləri belə ifadə edə bilmirsən. Görün, mən hansı məsələdə qınandım? Yayılan söz-söhbət məni çox üzdü. Xahiş edirəm jurnalistlərdən, xəbər naminə insanı bu vəziyyətə salmasınlar”.