“Mən belə oğul böyütməmişəm” - Danışır Fuad Poladov...

men-bele-ogul-boyutmemisem
Oxunma sayı: 13871

Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti Fuad Poladov ağır xəstəliyə tutulub. Milli Onkologiya Mərkəzində müalicə alan aktyor qırtlaq xərçəngindən əziyyət çəkir. 

“Qafqazinfo” xəbər verir ki, bu xəbər sosial şəbəkə istifadəçilərini kədərləndirib. Onlar Poladovun görüntülərini paylaşaraq aktyora şəfa diləyiblər. 

Bundan əlavə, xalq artistinin uzun müddətdir ki, danışa bilmədiyi məlum olub. Elə bu səbəbdən F. Poladov Səməd Vurğun adına Rus Dram Teatrında "Mərasim" pyesi əsasında hazırlanmış tamaşaya qatıla bilməyib. 

Bu arada qeyd edək ki, məşhur aktyorun çəkildiyi “Mələyin öpüşü” filminin bir neçə gün əvvəl təqdimatı olub. 

Ekran işinin baş qəhrəmanlarından biri olan Oksana Rəsulova premyerada kino ulduzunun səhhətinin yaxşı olmadığını, bu səbəbdən qalaya qatılmadığını bildirib. 

Bildirək ki, “Mələyin öpüşü” hələ ki, xalq artistinin çəkildiyi sonuncu filmidir.  Kinonun fraqmanında onun unudulmaz səsini bir daha təqdim edirik: