“Mən bu millətin əfəndisi deyiləm, xidmətçisiyəm”- - Ərdoğan

men-bu-milletin-efendisi-deyilem-xidmetcisiyem-
Oxunma sayı: 1327

“Qafqazinfo”nun  Anspress -ə istinadən verdiyi məlumata görə, Osmanlı arxi binasının açılışında çıxış edən baş nazir sərt ifadələr işlədib.

 “Çox açıq söyləyirəm. Biz bir neçə soyğunçunun o meydana gəlib xalqımızı yanlış bilgiləndirməklə təhrik etməsi ilə geri çəkilmərik. Bu millət bizə səsini verərkən tarixinə, təbiətinə sahib çıxaq deyə verdi”, - Ərdoğan bildirib.

 Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, körpü inşası dayandırılmayacaq: “Biz bu gün üçüncü körpünü inşa edirik, deyilmi? Bu gün ora 300-500 adam gedib. İndi 500 nəfər ora getdi deyə körpü inşaatını dayandıraqmı? Ana müxalifət partiyası qarşı çıxdı deyə. Bunlar birinci körpüyə də qarşı çıxmışdılar. Bunların xarakterində daşı-daş üstünə qoymaq yoxdur. Heç vaxt etməyiblər”.

 Türkiyənin baş naziri onu diktatorluqda ittiham edənlərə də cavab verib: “Mən bu millətin əfəndisi deyiləm. Diktatorluq mənim qanımda, xarakterimdə yoxdur. Mən bu millətin xidmətçisiyəm. Əgər diktator axtaran varsa, öz keçmişlərinə baxsınlar. Taksim meydanında millətin şüşələrini qıranlar bunu nə adına edir? Soruşuram. Bunun hüquqla bir əlaqəsi varmı? Bunun demokratiya ilə bir əlaqəsi varmı? Kim ödəyəcək onların pulunu? Onlarmı ödəyəcəklər? Tükü çıxmamış yetimin haqqı var burada. Onların qapı-pəncərəsini bu hökumət düzəldəcək”.