“Mən buradayam, sizə cavab verirəm” - - Əliyevdən Sarkisyana

men-buradayam-size-cavab-verirem-
Oxunma sayı: 9169


Dünəndən  etibarən Çex Respublikasının paytaxtı Praqa şəhərində start götürən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammitində prezident İlham Əliyev də çıxış edib.

 “Qafqazinfo” xəbər verir ki , bu barədə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitter hesabında yazıb. Qeyd edək ki, çıxışının böyük bir hissəsini Türkiyəyə həsr edən Sarkisyan bildirib ki, Avropa İttifaqına üzvlüyə daxil olmağa çalışan bir ölkənin öz keçmişi ilə üz-üzə gəlməkdən qaçmağa çalışması paradoksal faktdır. 

Şöbə müdiri isə prezident İlham Əliyevin Sarkisyanın bu çıxışına verdiyi cavabı yazıb. O qeyd edib ki, Şərq Tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr edib. 

Prezident İlham Əliyev isə Sarkisyana belə cavab verib:  “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”