“Mən dəfələrlə vertolyotla Qarabağa uçmuşam”

men-defelerle-vertolyotla-qarabaga-ucmusam
Oxunma sayı: 634

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri ATƏT-in Minsk qrupunun sabiq həmsədri, səfir Vladimir Kazimirov İrəvanda jurnalistlərlə görüşündə deyib: “Mənim fikrimcə məsələ ziddiyyətlidir. Bir tərəfdən bu, insanların təbii fəaliyyət hüquqlarıdır və bu haqqın pozulmasına səbəb olan istənilən addım, əlbəttə, qınanılmalıdır. Digər tərəfdən isə bütün bunlar münaqişə şəraitində baş verir”.

Onun sözlərinə görə, münaqişə olmasaydı, bu məsələlər də yaranmazdı: “Hətta münaqişənin aktiv dövründə belə biz uçurduq, mən özüm dəfələrlə vertalyotla Dağlıq Qarabağa uçmuşam. Düzdür, biz həmsədrlər idik, ən azından həmin aerodromdan istifadə etməyimiz o vaxtlar heç bir etiraz doğurmurdu. Hava yolundan təkcə biz istifadə etmirdik və bu, heç bir etiraza səbəb olmurdu”.