“Mən hara gedirəm ki?”

men-hara-gedirem-ki
Oxunma sayı: 635


Abdullayev 2016-cı ilədək AFFA prezidenti olduğunu bildirib: “Mən hara gedirəm ki? (gülür). Bunlar boş söhbətlərdi. Ötən ilin martında AFFA-da prezident seçkisi olub və 2016-cı ilə kimi bu posta seçilmişəm. Mən bu işimi də davam etdirəcəm. Hafiz Məmmədov ilk növbədə futbolu sevən bir insandı. O, prezidenti olduğu “Bakı”da böyük işlər görür. İndi klubda müəyyən problemlər yaranıb ki, onun həlinə çalışır. İnanmıram ki, AFFA prezidenti olmaq Hafiz müəllimin ağlından keçsin, nəinki belə bir şey olsun”.