“Mən hələ də “Nokia” istifadə edirəm” - Nazarbayev

men-hele-de-nokia-istifade-edirem
Oxunma sayı: 2579

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Finlandiya səfərində maraqlı etirafı ilə yadda qalıb.

“Qafqazindo” tengrinews.kz-a istinadən xəbər verir ki, prezident “Nokia” firmasının əməkdaşları ilə görüşündə köhnə model telefondan istifadə etdiyini deyib və yeni “iPhone”ları tanımadığını söyləyib:

“Nokia bütün dünyada məşhurdur. Siz şirkəti çətin dövrlərdən çıxartmağı bacardınız. Şəxsən mən indiyədək “Nokia” istifadə edirəm. Bu ən normal telefondur. Təəssüf ki, unutmuşam, göstərmək istərdim”.