“Mən həyasızlıq edib efirə çıxıram”

men-heyasizliq-edib-efire-cixiram-
Oxunma sayı: 3871


“Bəzi telekanallar bağlanmalıdır. Bəzi telekanalların kassaları var ki, oxuya bilməyən müğənni ödənişini edib efirə çıxır. Səsi olan müğənnidən də pul istəyirlər. Ümumiyyətlə, həmin özəl telekanalların musiqi departamentinin rəhbərləri görən haranı bitiriblər?!  Həmin telekanallar bağlanmalıdır. O telekanallarda çalışan bəzi aparıcalar adama elə mənasız, yersiz suallar verirlərki... Onlar orta məktəbin dördüncü sinfindən çıxanlardır.

Sözün yaxşı mənasında, mən həyasızlıq edib efirə çıxan müğənnilərdənəm. Yoxsa kim məni pulsuz efirə çıxaracaq?!

Efir mədəniyyəti deyilən bir şeydən anlayışı olmayanları verilişə dəvət edirlər. Proqramda ayağını ayağının üstünə qoyub otururlar. Mən bu vaxta qədər bir dəfə də elə əyləşməmişəm. Efir etikası, ifadan anlayışı olmayanlar bu dəqiqə həmin televiziyaların qazanc mənbəyinə çevrilib”. 

Gecce.az