“Mən İremi sevməmişəm…”

men-iremi-sevmemisem
Oxunma sayı: 1744

“Təbii ki, yaşadığımız eşq deyildi. Nə İrem mənə, nə də mən ona aşiqəm. Ortaq nöqtəmiz olan musiqi bizi bir araya gətirdi. Dostlarımızın sayəsində tanış olduq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni İrem Dericinin keçmiş sevgilisi Genco Ecer “İkinci sayfa” proqramında qonaq olarkən deyib.  O, ötən həftə ayrıldığı müğənnini sevmədiyini bildirib:

“Bir şeylər hiss etdik, amma alınmadı. Hamının başına gələcək bir vəziyyətdir. Ayrılmağımızın tutarlı bir səbəbi yoxdur. Mən İremi sevməmişəm. Bizim ən böyük səhvimiz tanış olma mərhələsində mətbuat qarşısına çıxmağımız oldu. Aramızda kiçik mübahisə oldu. O məni, mən də onu instaqramda izləmədən çıxartdım. Amma indi aramızda problem yoxdur”.