“Mən Nurini qınamıram”- - Rəqsanə

men-nurini-qinamiram-
Oxunma sayı: 1938


“Qafqazinfo” xəbər verir ki, martın 10-da Bakıya bir günlük səfəri planlaşdırılan Rəqsanə İsmayılova bu barədə danışıb: “Mən həm Nurini tanıyıram, həm də Lamiyyə Ələkbərovanı. Hər ikisinə hörmətim var. Nuri ilə bir tədbirlərdə olmuşuq, qarşılıqlı hörmətim var. Mən Nurini qınamıram. Bəstəkar mahnını təqdim edib, o da, oxuyub. Gərək müəllif media nümayəndələrinə mahnının bundan öncə mənim ifamda səsləndirildiyini bildirərdi”.

Rəqsanə xanımın Bakı üçün planları geniş olsa da, bir günlük səfəri bunu həyata keçirməyə imkan vermir. Hazırda Moskvada olan Rəqsanə İsmayılovanı sabah Bakı, daha sonra Moskva və Türkiyə səfərləri gözləyir. O, martın ikinci həftəsində yenidən paytaxta dönəcək. Sənətçi Novruz bayramında Naxçıvanda konsert proqramı ilə çıxış edəcək.