“Mən o səviyyənin adamı deyiləm” - Afətə cavab

men-o-seviyyenin-adami-deyilem
Oxunma sayı: 2215

Əməkdar artist Nüşabə Ələsgərli bir müddət bundan əvvəl müğənni Afət Fərmanqızı ilə arasında yaranan qalmaqala münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Ən yaxşısı” proqramında açıqlama verib.  Sənətçi həmkarı ilə qalmaqal yaşadığına görə qınanıldığını qeyd edib:

“Mən o səviyyənin adamı deyiləm. Onun öz, mənim isə öz çevrəm var. Ayıb olan şeydir. Mənə dedilər ki, sən öz səviyyəni aşağı salma. Cavab verməyəcəm, eybi yoxdur, yanaram, gedib su da içərəm. Ancaq daha imkan verməyəcəm ki, kimsə adımdan istifadə etsin”. 

Qeyd edək ki, N. Ələsgərli Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan A. Fərmanqızına iradını bildirib.  O, ifaçının düzgün yolda olmadığını söyləyib. Buna əsəbiləşən Afət əməkdar artistə sərt cavab verib.