“Mən onları başa düşmürəm” - Ramil Şeydayev

men-onlari-basa-dusmurem
Oxunma sayı: 1576

Millimizin hücumçusu Ramil Şeydayev bu gün DÇ-2018-in seçmə mərhələsində bəzi azərbaycanlı azarkeşlərin Almaniyanı dəstəkləmək istəyinə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçu AFFA-nın rəsmi Feysbuk səhifəsinə açıqlamasında bildirib.

“Hər kəs istədiyi milli komandaya azarkeşlik edə bilər. Ancaq öz ölkəsinin yığmasının oyununda rəqib komandaları dəstəkləyənləri başa düşmürəm”.

Yayılan məlumata görə, bu gun 20-dək azərbaycanlı azarkeş Respublika stadionununda alman azarkeşlər arasında yer alaraq rəqib komandaya dəstək verəcək.