“Mən orada yoxam” - ANS-dən reaksiya

men-orada-yoxam-ans-den-reaksiya
Oxunma sayı: 641

Bu dəfə əməkdar jurnalist, ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov hədəf olub. Əməkdar jurnalistin adından bu ilin 27 avqustunda "Facebook"sosial şəbəkəsində səhifəsi ( https://www.facebook.com/mais.memmedov.100 ) açılıb və hətta vaxtaşırı müxtəlif mövzulu statuslar da yazılır.

Adına açılmış səhifədən bu gün xəbər tutan Mais Məmmədov narahatlığını dilə gətirdi: "Doğrudur, işimlə bağlı dünyada və ölkəmizdə baş verənlərdən xəbərdar olmaq üçün günümün çox hissəsi internetdə keçir. Amma "Facebook" adlı sosial şəbəkədə qeydiyyatdan keçməmişəm. Mən orada yoxam! Hər kəsə demək istəyirəm ki, sözügedən səhifəyə heç bir aidiyyətim yoxdur"./anspress/