“Mən özüm də razı olmaram ki...” - Samir Abasov azarkeşlə mübahisədən danışdı

“Mən özüm də razı olmaram ki...”
Oxunma sayı: 1079

“Oyundan əvvəl necə oynayacağımızı bilmirdik. Həftə ərzində yalnız qələbə haqda düşünürdük”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov “Qarabağ”la 1-1 bitən matçdan sonra bildirib:

“Bu gün planlaşdırmadığımız oyunu oynamadıq. Buna da rəqib imkan vermirdi. Düşünürəm ki, layiqli xal qazandıq. Ola bilər, düşünə bilərsiniz ki, qorxaq futbol oynadıq. Onu deyə bilərəm ki, istədiyimizi edə bildik. Əsas odur ki, uşaqlar özlərini itirmədilər, sonadək mübarizə apardılar”.

- Kamran Quliyevlə Ceyhun Sultanovsuz “Sumqayıt”da vəziyyət necədi?

- Əvvəl bilirdik ki, prezident otağındadı. Çalışırıq ki, onların yoxluğunu hiss etdirməyək. Sadəcə, əvvəl futbolçulara deyirdik ki, “Sumqayıt”a gəl, milliyə düşəcəksən, indi də prezidentlərə deyirik (gülür).

- Xəyal Nəcəfovu gecə əvəz etdiyinizi düşünmürsünüz?

- Tərəddüd içərisində qalmışdı. Çünki belə oyunlarda əvəzetmə etmək çətindi. İki fikir içərisində qalmışdım ki, meydana daxil olan nə edəcək. Ola bilər ki, gec əvəzetmə etdim.

- Düşünmək olarmı ki, “Sumqayıt”ın ev oyunlarında əsas gücü tribunalar olmayan yerdə dayanan azarkeşlərdi?

- Bu gün “Qarabağ” amili də var idi. Komandamız son oyunlardakı nəticələri də azarkeşləri meydana cəlb edir.

- Bəhlul Mustafazadənin oynaması gözlənilməz idi. Niyə məhz Bəhlul?

- Railin heç bir zədəsi yox idi. Sadəcə, gedişlərimiz bunu tələb edirdi. Daninin, Geryenin qarşısını kəsmək üçün uzunboylu futbolçudan istifadə etməli idi. Buna görə də Bəhluldan istifadə etdim.

- Oyunun sonuna yaxın azarkeşlərlə probleminiz olmuşdu. Nə baş verirdi?

- Səhv etmirəmsə, azarkeş Rəşada nəsə demişdi. Mən özüm də razı olmaram ki, kimsə Sadıqova nəsə desin. Ona görə də azarkeşin üzünə baxdım.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi