“Mən özümdən razıyam?” - Barış sevənləri ilə şəkil çəkdirmədi+Video

“Mən özümdən razıyam?”
Oxunma sayı: 2810

Xəbər verdiyimiz kimi, ötən gün Nizami Kino Mərkəzində Türkiyənin məşhur ulduzlarının iştirakı ilə “Mutluluk zamanı” filminin Bakıdakı premyerası baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, ekran işinin qəhrəmanları Barış Arduç, Elçin Sanqu və Cengiz Bozkurt mətbuat konfransına qatılaraq yerli jurnalistlərin suallarını cavablandırıblar. 

Əvvəlcə məşhurlar Bakı barədə fikirlərini bildiriblər. Elçin Sanqu qeyd edib ki, paytaxtımız Avropa şəhərlərindən fərqlənmir:

“Mən Bakını belə xəyal etməmişdim. Çox təəccüblənmişəm. Rahat şəhərdir, mədəniyyətimizə də yaxındır”.

Barış Arduç isə İçərişəhərdə olduqlarını, ləzzətli yemək yediklərini deyib:

“Avropanın ən gözəl şəhərlərini toplayıb Azərbaycana gətiriblər. Möhtəşəm bir şəhərdir, çox şanslısız. İçərişəhərdə olduq, yeməkləriniz çox gözəldir. Adlarını bilmirəm, amma çox ləzzətlidir”.  

Aktyor film haqqında fikirlərini səsləndirib:

“Elçinlə əvvəllər bir çox layihələrdə olmuşuq. Bu səbəbdən işimiz yüngülləşib. Bərabər olaraq 5 həftə gözəl günlər keçirdik, çox əyləndik. Yaxşı bir film ortaya çıxdı və sonda sevdiyimiz və istədiyimiz Azərbaycana gəldik. Serialın və filmin rejissoru Şenol Sönmezdir. Ola bilsin ki, bir az bənzərliklərlə rastlaşa bilərsiz. Obrazlarımız Ömer və Defneyə bənzəməyimiz barədə çox suallar verirlər. Filmi izləyənlər görəcəklər ki, tamam fərqli obrazlardır. Biz etdiyimiz işə görə çox xoşbəxtik”. 

Elçin isə deyib ki, həmkarıyla daha böyük layihələrə imza atacaq:

“Qüsurumuz ola bilər. İşimizdən razıyıq. Əvvəlcədən gözləntimiz olmayıb. Əmək sərf etmişik”. 

B. Aduç qala gecəsinə gələn pərəstişkarları ilə şəkil çəkdirməməsinin səbəbi ilə bağlı suala belə cavab verib: “Mən özümdən razıyam? Belə biri deyiləm”.

Elvin Elxan

Nuran Məmmədov






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi