“Mən qızlarımla fəxr edirəm” - Putin

men-qizlarimla-fexr-edirem-putin
Oxunma sayı: 649

Putin bildirib ki, onun hər iki qızı Moskvada oxuyur və işləyirlər və onlarla bağlı hər şey qaydasındadır: “Mənim uşaqlarımla bağlı hər şey qaydasındadır. Onlar Moskvadadırlar, onlar oxuyurlar, qismən işləyirlər. Onların şəxsi həyatında, eləcə də peşəkar inkişafları nöqteyi nəzərindən hər şey yaxşıdır. Mən qızlarımla fəxr edirəm”.

Qeyd edək ki, Putinin böyük qızı Mariya 1985-ci il, kiçik qızı isə 1986-cı il təvəllüdlüdür. Putin çox nadir hallarda onlarla bağlı ictimaiyyət arasında danışır.

Putinin hələ baba olmaması ilə bağlı ona ünvanlanan sualı isə cavabsız qoyub. Bununla yanaşı bəzi mənbələrə görə, bu ilin avqustun 15-də Putinin böyük qızı oğlan uşağı dünyaya gətirib.