“Mən siyasətçi deyiləm, məşğul olmaq da istəmirəm” - Zakir Həsənov

“Mən siyasətçi deyiləm, məşğul olmaq da istəmirəm”
Oxunma sayı: 17

Müdafiə naziri Zakir Həsənov ilk dəfə olaraq xarici mediaya müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, nazir “RİA Novosti”nin əməkdaşının Suriya ilə bağlı sualını cavablandırıb. Nazir jurnalistin “Suriyada gərginlik aradan qalxdıqdan sonra oraya müşahidəçilərin göndərilməsi mümkündürmü?” sualına bunun siyasi məsələ olduğunu, lakin Azərbaycan Silahlı Qüvvələrinin istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu deyib.

Z. Həsənov onu da əlavə edib ki, “mən siyasətçi deyiləm, heç vaxt olmamışam və siyasətlə məşğul olmaq niyyətim yoxdur”.  

Daha sonra Azərbaycan ordusunun hazırlıq səviyyəsindən danışan nazir “ Mən Müdafiə naziri kimi ordunun döyüş hazırlığı səviyyəsini yüksək qiymətləndirirəm. Və bu, təkcə mənim fikrim deyil”,- deyib.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi