“Mən tərbiyəsiz olmaq istəmirəm” - - Brilliant Dadaşova

men-terbiyesiz-olmaq-istemirem-
Oxunma sayı: 3038


“Mən tək bir insandan danışmayacam. Çünki o, mənim üçün maraqlı deyil. Ümumi olaraq deyim ki, siz haradasa eşitmisinizmi mən kimisə təhqir edim, yaxud onun sözlərinə, təhqirlərinə cavab verim?”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında xalq artisti Brilliant Dadaşova Aygün Kazımova ilə aralarında yaranan qalmaqala münasibət bildirərkən deyib. O bildirib ki, müsahibələrinin birində öz həyat tərzimlə bağlı efirdə danışanda siqareti xoşlamadığını, onun ziyanlı şey olduğunu deyib: “Nisə Qasımova bunu eşidən kimi öz üzərinə götürdü və efirdə ünvanıma istədiyini dedi. Amma mən ona cavab vermədim. Halbuki bunu edə bilərdim. İlhamə xanım çıxıb dedi ki, xalq artisti adımız alınmalıdır. Ona da cavab vermədim. Bircə dəfə “Kral Musiqi Ödülləri” müsabiqəsində heç kimin hədiyyə almadığına məyus olduğumu dedim. Onu da pis qəbul etdilər. Halbuki mən demişdim ki, bu müsabiqəni o qədər də ciddiyə alıb, sonra da məyus olmağın yeri yoxdur. Bu, adi bir televiziya kanalının verdiyi ödüldür ki, bizdə də ola bilər. Onu da böyük problem etdilər, amma yenə də cavab vermədim. Kimlərsə mənim şəkillərimi internetdə qoyur, amma mən fanatlarıma kimlərinsə şəkillərini paylaşmağı qadağan etmişəm. Bütün bunlar onu göstərir ki, bu müharibə adlandırdığınız şey mənlik deyil. Bu, təktərəfli bir şeydir. Niyə jurnalistlər məni, ümumiyyətlə, bu məsələlərə qatır, onu da başa düşmürəm. Axı mən indiyədək heç kimə cavab verməmişəm. Çünki mənim təbiətimə, mədəniyyətimə, ruhuma, özümə uyğun olan bir şey deyil bu məqamlar.

Əgər kiminsə mədəniyyətini, tərbiyəsini zəiflik hesab edirlərsə, qoy elə də bilsinlər. Mən tərbiyəsiz olub, güclü olmaq istəmirəm. Tərbiyəmi qoruyub zəif olmağı seçirəm”.