“Mənası olmayan layihələrin icrası dayandırılmalıdır” - Deputat

menasi-olmayan-layihelerin-icrasi-dayandirilmalidir
Oxunma sayı: 1446

“Sevindirici haldır ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının daralmasına son qoyuldu. İqtisadiyyatda 0,1 faizlik olsa da, müsbət göstərici qeydə alındı” 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib. O hesab edir ki, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün banklarla bağlı siyasətə yenidən qayıdılmalıdır: “Bankların sağlamlaşdırılması siyasəti təkcə Beynəlxalq Bankla məhdudlaşdırılmamalıdır. Bütövlükdə banklar bu siyasətin tərkibinə daxil edilməlidir. Mənası, əhəmiyyəti olmayan layihələrin icrasını dayandırıb bankları daha əhəmiyyətli layihələrin icrasına yönəltmək lazımdır”. 

O, eyni zamanda, çıxışının sonunda hökuməti süni qiymət artımının qarşısını almaq üçün daha ciddi addımlar atmağa səsləyib.

Günel Türksoy