“Məncə, heç bir problem olmaz” – Miri Yusif

mence-hec-bir-problem-olmaz-miri-yusif
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, mətbuat konfransında jurnalistlərin konsertlə bağlı suallarının cavablandıran Miri Yusif bildirib ki, konsertdə o yalnız səsi ilə şou göstərəcək: “Mən konsertimdə qeyri-adi şou söz vermirəm. Mənim şoum yalnız səsim olacaq. Biletlər də ucuzdur. Mənim bundan öncəki konsertlərim həmişə bahalı kulublarda keçirilib və biletlər 100 manatdan yuxarı olub. İndi isə 20 mantdan başlayan qiymətə etdik ki, hamı gələ bilsin”.

Jurnalistlərin konsert zamanı Yaşıl Teatırda səs akustikası ilə bağlı problem olar və ya olmaz sualına Miri Yusif belə cavab verib: “Səs akustikası ilə bağlı məncə heç bir problem olmaz. Sizcə Emin Ağalarovun konsert verdiyi zalda səs akustikası ilə bağlı problem ola bilər? Yox. Başqa sözə ehtiyac yoxdur”.