“Məndə sığar iki cahan…” adlı müsabiqə başa çatıb - Fotolar

mende-sigar-iki-cahan-adli-musabiqe-basa-catib
Oxunma sayı: 1239

Nəsimi rayon İcra Hakimiyyəti və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Zabitlər bağında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan…” devizi altında keçirilən müsabiqənin yekun tədbiri baş tutub.

“Qafqazinfo” xəbər verir ki,  tədbirin keçirilməsində məqsəd Nəsimi yaradıcılığının bu gün gənc nəslin əxlaq tərbiyəsində böyük tərbiyəvi və maarifçi əhəmiyyət daşımaqla, Nəsiminin əsərlərində hər kəsə özünü tanımaq yollarını göstərmək, kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət verməkdən ibarətdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. O, daha sonra prezident İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsi olduğunu  vurğulayıb. Gülarə Verdiyeva  bu müsabiqədə  bütün əməyi olanlara minnətdarlıq bildirərək uğur qazanmış  məktəbliləri təbrik edib.

Daha sonra münsiflər heyətinin rəyi ilə Təsviri sənət və Bədii qiraət üzrə seçilmiş Nəsimi rayon məktəbliləri xüsusi diplomlarla təltif olunublar. Tədbir 1 nömrəli Uşaq Gənclər və İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları kompozisiya və rəqslərlə davam edib.