“Məndən başqa 10 sevgilisi var…” - Qalmaqal yarandı

“Məndən başqa 10 sevgilisi var…”
Oxunma sayı: 3997

Tanınmış aparıcı Ece Erken evli iş adamı Nazım Torbaoğlu ilə sevgili olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Duymayan Kalmasın” verilişində məlumat verilib. 

İddia olunur ki, Ece biznesmen ilə bir müddətidir ki, eşq yaşayır. N.Torbaoğlu yayılan xəbərlər barədə açıqlama verib,o, aparıcı ilə sevgili olduğunu təsdiq edib:

“Dostlarımın vasitəsiylə tanış olduq, bir neçə dəfə görüşdük. Uyğunlaşa bilmədik, münasibəti bitirdik”. 

Bundan başqa, proqramda iş adamının evli olduğunu, keçmiş model Songül Yıldırım ilə eşq yaşadığı iddia edilib. 

S. Yıldırım səsləndirilən iddialara cavab verib. O, “Nazım evlidir, mənimlə birgə onun 10 sevgilisi var. Bunu Ece də bilir” deyib. 

Ece Erken ittihamlara cavab vermək üçün canlı yayıma qoşulub.

Aparıcı “Ötən il tanış olmuşduq. Mənə boşandığını demişdi. Düz danışdığına inanmışdım. İnsanların bu qədər pis olduqlarına inanmaq istəmirəm. Mən sakit bir həyat tərzi istəyirəm”- deyə bildirib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi