“Məndən çox tanınan model yoxdur” - Fotolar

menden-cox-taninan-model-yoxdur-fotolar
Oxunma sayı: 647

Bu sözləri “Qafqazinfo”ya açıqlmasında Azərbaycanlı model Azər Atakişiyev deyib. O, bildirib ki, modellik sahəsini Azərbaycanda yalnız öz gücünə inkişaf etdirir: “Bizdə modelik sahəsi çox az inkişaf etdiyi üçün mənə dəstək olan yoxdur. Bacardığım qədər bu işə güc qoymuşam. Düzdür, bir çox yarışmaların qalibi olumuşam. Amma deyim ki, bu yarışmalar hamısı boş şeydir. Tanınmaq, özünü göstərmək üçün yetərli deyil. Mən həm burada, həm də xaricdə işimi öz gücümə inkişaf etdirirəm. Qoy bizim ölkədə modellik sahəsi daha səviyyəli şəkilə yüksəlsin”.

Azər Atakişiyev bəzi modelərə mesaj da göndərib: “Pis çıxmasın, bizdə məndən çox tanınan model yoxdur. Əziyyət çəkirəm, işlər görürəm bəzi modelər mənim bu əziyyətimi yerə vururlar, reklamlara 50 manata çəkilirlər. Onlara demək istəyirəm ki, bəsdirin, bu işi ucuzlaşdırdınız . 50-100 manat alıb reklamlara çəkilməyin”.

Aynur B.