“Mənə bir az ondan danış”- - Video

mene-bir-az-ondan-danis-
Oxunma sayı: 1897


“Qafqazinfo”nun məlumatına görə, sənətçi tanınmış məkanların birində mətbuat nümayəndələri və şou əhlini başına toplayaraq yeni klipini təqdim edib. Klip haqda təəssüratlarını bölüşən müğənni bildirib ki, yeni işi ürəyincə olub: “Burada məni tək qoymayan sənət dostlarıma və media nümayəndələrinə təşəkkür edirəm. Klip ürəyimcə oldu. “Mənə bir az ondan danış” mahnısının sözləri Vüqar Rahiyə, musiqisi mənə məxsusdur. Mahnıya Rəhman ekran həyatı verib. Baş rolları Xəyalə və Günay canlandırıb. Tarda Emil Bədəlovun qayınları Abbas və Əli ifa edib. Klipdə həbsxanada olan sevən Kərimin dostuna fəryadı əks olunub. Lakin klipin sonunda isə məlum olur ki, dostum ilə sevdiyim qadın mənə xəyanət edir” 

Təqdimata Günay İbrahimli, Xatirə İslam, Emil Bədəlov, Niyam Salami, Xatun, Səidə Sultan, prodüser Tolik, rəqqasə Oksana və başqaları qatılıb. Ən yadda qalan məqam isə Kərimin Xatirə və Emil Bədəlovla olan rəqsi olub.

)

)