“Mənə bu cür həyat tərzini Putin öyrədib” – Video

mene-bu-cur-heyat-terzini-putin-oyredib-video
Oxunma sayı: 657

Rusiyanın NTB kanalında yayımlanan “Mərkəzi televiziya” verilişinin dünənki buraxılışı baş nazir Dmitri Medvedyevin bir gününə həsr olunub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aparıcı Vadim Takmenevlə söhbətində Medvedyev gündəlik iş rejimindən danışıb: “Səhər yuxudan oyanan kimi nahar etmirəm. Adətən yay və qışda velosiped srürürəm. Daha sonra evə gələrək soyuq vanna qəbul edirəm. Ailə üzvlərimin hər biri fərqli vaxtlarda oyandığından və öz işləri olduğundan təkcə nahar edirəm”.

Baş nazirin sözlərinə görə, ona bu cür həyat tərzini Vladimir Putin öyrədib.

Medvedyev çıxışında həmçinin bildirib ki, o hər kəslə telefonla əlaqə saxlamır: “Mənə zəng etmək o qədər də asan deyil. Həm iş, həm də şəxsi telefonum var. Təbii ki, şəxsi telefonumla yalnız yaxınlarımla danışıram”.

Aynur