“Mənə deyərlər ki, niyə hər yerə başını soxursan”

mene-deyerler-ki-niye-her-yere-basini-soxursan
Oxunma sayı: 650

Bu sözləri müğənni Əli Mirəliyev “Qafqazinfo”ya açıqlamasında hər zaman tənqid atəşinə tutduğu Üzeyir Mehdizadə ilə ANS telekanalındakı qalmaqalından danışarkən deyib. O bildirib ki, bu hadisədən sonra ANS telekanalının rəhbərliyinə də etirazını bildirib: “Mənim ANS telekanalının rəbərliyinə hörmətim var. Onlar dedi ki, bu veriliş prodakşına aiddir, bizə aidiyyatı yoxdur. Amma sonra baxıram ki, Üzeyiri Aytənin verlişi var “Kök altı”, ora da çağırıblar. Yaxşı deyək ki, o veriliş sizə aid deyil, bəs öz verlişinizə niyə çıxardırsız bu oğlanı? Nə isə çox dərənə getməyim”.

Mirəliyev Üzeyir kimilərin efirdə at oynatmasının günahının mədəniyyət nazirində olduğunu da deyib: “Oturub nazirlikdə pulla əməkdar artist, xalq artisti adları satırlar. Toylarda erməni mahnısı oxuyan Səməd Səmədova xalq artisti adı verib bu adam. Bəsdirdin də... Niyə bu xalqı məhv edirsiz. İndi mənə deyərlər “Əli müəllim niyə hər şeyə başını soxursan, nə istəyirsən?”. Vallah heç nə istəmirəm, bu millət üçün deyərəm. Mənim 64 yaşım var 148 manat da təqaüd alıram. Amma bizim bu müğənnilərin altlarında maşınlar var, villalar... Məni yandıran nədir özləri-özlərinə ad alırlar Azərbaycan xalqının adından istifadə edirlər. Azərbaycanın xalq artistiyəm. Sən kimsən ki, pulla ad alıb xalqın adından istifadə edirsən”.

Əli Mirəliyev vaxtında ad almayan sənətkarlarımızın adını çəkərək bunları deyib: “O, boyda Qulu Əskərov ad almadan dünyasını dəyişdi. Fatimə Mehrəliyeva heç nəsiz getdi. Sabir Mirzəyev əməkdar artist adı ilə köçdü. Dünən çıxan heç sənəti olmayan müğənnilərin adları var. Bəsdir də... O mədəniyyəti bilməyən nazirimiz niyə oturub orda? Mədəniyyət naziri istefa verməlidir. Bu xalq məhv olur. Sonra da deyirlər ermənilər mahnılarımızı oğurlayırlar. Akif İslamzadə “Sarı gəlin”in oxuyanda niyə ermənilər demirdi bizimdir?!. Çünki Akif düz ifa etmişdi o mahnını. İslamzadənin qızıldan heykəlini qoymaq lazım idi. Daha sonra isə bəzi müğənnilərimiz “Sarı gəlin”i o günə qoydular ki, erməni də götürdü, dedi bizimdir. Əli Mirəliyev bu gün sabah ölüb gedəcək. Amma mən bu xalq üçün deyirəm. Mən xalqımıza, ağsaqqlarımıza, bizim böyük yazıçımız Anara səslənirəm, gəlin mədəniyyətimiz qoruyaq”.

Aynur Babayeva