“Mənə əfi ilan deyirlər...”- - Zülfiyyə

mene-efi-ilan-deyirler-
Oxunma sayı: 3265


“Uzaqlaşmağımın bəlli səbəbi var idi, lakin artıq qayıdıram. O yara həmişə mənimlə qalacaq. Amma həyat davam edir. Bu gün səhnədəyəmsə, demək möhkəm insanam. Bu qədər şeyə dözmək çətin idi. Mənim tamaşaçıların bilmədiyi tərəflərim var. Həyatımda səhvlərim, problemlərim olub. Sirlərim çoxdur, lakin bunlar qlobal sirlər deyil. Problemlərim olub, dostlarımla bölüşmüşəm. Hərdən mənə əfi ilan da deyirlər. Guya, özümü məsum göstərirəm. Özümü heç də məsum göstərmirəm. İçim, dışım birdir. Elə şeylər var ki, onu əzizlərim bilməlidir. Təmiz şüşə, mələk  deyiləm, məndə də yanlışlıqlar olub. İstəmirəm heç kimlə münasibətim pozulsun. Bəlli bir yaşda, statusdayıq. Sonra konsertlərdə üz-üzə gəlirik. Qorxuram, birdən ağzımdan elə söz çıxar ki, başqa cür yozarlar. Çox emosional insanam, hər şeyi ürəyimə salıram”.

Yaradıcılığındakı yeniliklərdən də danışan xalq artisti yeni işləri  ilə pərəstişkarlarını sevindirəcəyini bildirib: 

“Sözləri və musiqisi İsmayıl Əsədova aid olan bir mahnını bitirmişik. Eyni zamanda bir neçə yeni bəstə üzərində çalışıram. “Dostum” klipsiz qalacaq. Çox böyük rəğbətlə qarşılanan mahnılarm var ki, heç birinə klip çəkməmişəm. Ssenari belə qurulub, bəlkə də gələcəkdə klip haqda düşünəcəm”.