“Mənə elə gəldi ki, dəli oluram” - Eldar 7 il sonra...

“Mənə elə gəldi ki, dəli oluram”
Oxunma sayı: 2445

Azərbaycanın “Eurovision” qalibi Eldar Qasımovdan yeni klipini təqdim edib."Qafqazinfo" xəbər verir ki.  “I miss you” adlı mahnının sözləri Eldarın özünə, musiqisi Sara A.Dilrubaya məxsusdur. Klipdə Azərbaycanın xalq artisti Şükufə Yusupova, Vadim Kutukova, Elvin Bayramova və başqaları çəkilib. 

Eldar Qasımov bildirir ki, mahnının bəstələnmə tarixi öz başlanğıcını 2011-ci ildən götürür: “Daima içimdə olan boşluq, birdən-birə müxtəlif fikirlərlə doldu. Bu fikirlər özünü göstərməyə və daxilimdən xaricimə yansımağa başladı. Mənə elə gəldi ki, dəli oluram. Mən sadəcə öz hisslərim barədə yazmaq qərarına gəldim ki, bu barədə heç zaman unutmayım. Bəzən yeni hisslər köhnə hissləri yandıraraq külə çevirir. Mən ikimizin birlikdə təsəvvür etdim və onu necə özlədiyimi anladım. 

Amma bu, insanın qəlbinə toxunan ən lirik mahnı deyil. Hisslərimi ifadə edərkən mən qarşımdakından qarşılıq gözləmirdim. Onunla keçirdiyim günlərə görə çox xoşbəxtəm, ancaq təəssüf ki, bunlar bir də baş verməyəcək. Çox dəyişib, mən də həmçinin, ancaq mən sənə həmişə xoşbəxt olduğumuz dəqiqələrə görə minnətdar olacam”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi