“Mənə it kimi davranıldı” - Ramosun toyundakı ofisiant

mene-it-kimi-davranildi
Oxunma sayı: 3774

İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramosla sevgilisi Pilar Rubionun toyunda xoşagəlməz anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu həmin toyda ofisiant kimi çalışan, lakin adının açıqlanmasını istəməyən qadın deyib.

O, yerli “Telecino” telekanalında açıqlamasında toyda hörmətsizliklə üzləşdiklərini bildirib:

“İş şərtləri ölümcül idi. Hər saatımıza cəmi 10 avro qazandıq. Mənə bir it kimi davranlıldı. Qadın və kişi işçilər eyni yerdə paltarlarını dəyişdi. Hamımız lüt idik. Bunun adı rəzalətdir. İşçilərin gülməsi və danışması qadağan edilmişdi. Bizə isə qonaqlara ayrılan yeməklərin artıqları verildi. Həyatımda ilk dəfə belə şərtlər altında çalışırdım. Toy və qonaqlar barəsində danışmağımız qadağan edilmişdi. Çünki buna əməl etməyən şəxs 100 min avro təzminat ödəməlidir”.

Qeyd edək ki, Sevilyada yerləşən bağ evində baş tutan toyda 500 nəfər iştirak edib.