“Mənə kişiləri başdan çıxaran qadın rolları təklif olunur”

mene-kisileri-basdan-cixaran-qadin-rollari-teklif-olunur
Oxunma sayı: 4636

Uzun müddətdir serial və filmlərdə rol almayan alman əsilli türkiyəli aktrisa Şebnem Şefer restoran açılışı mərasimində görüntülənib.

“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi xəbərə görə, 35 yaşlı model jurnalistlərə açıqlamasında ekranda görünməməsinə aydınlıq gətirib.

“Mənə film və seriallarda rol almağımla bağlı çoxlu təkliflər gəlir, amma qəbul etmirəm. Çünki adətən kişiləri başdan çıxaran qadın obrazlarını canlandırmağımı istəyirlər. Özümə görə qaydalarım var”, - deyə Şefer bildirib.