“Mənə məsuliyyətli iş tapşırılıb” - Həşimov

mene-mesuliyyetli-is-tapsirilib
Oxunma sayı: 1478

Azərbaycanın yeni yaranan U-18 yığmasına baş məşqçi təyin olunan Zaur Həşimov bununla bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis bunları söyləyib:
 
“Mənə qürurverici və məsuliyyətli bir iş tapşırılıb. Etimad göstərdiklərinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Azərbaycan futboluna fayda vermək üçün bütün bacarığımla çalışacağam”.