“...Mənə təcavüz olunur”- - Elza Seyidcahan

mene-tecavuz-olunur-
Oxunma sayı: 7068


“Qafqazinfo”nun məlumatına görə,  əməkdar artist “Onlar” verilişinə açıqlamasında ailəsinin onu başa düşmədiyini bildirib

“Türk sənət aləminə 2006-cı ildə qatılmışam və orada ciddiliklə yadda qalmışam.  “Uğur böcəyi” adlı konsertim oldu, indi təyyarəçilərə konsert verəcəm.  Türklər bunu ciddi qəbul edirlər. Mən deyəndə ki, heyvanların qorunması üçün onlara konsert vermişəm türklər anlayır. Auditoriya görməyən insanlar mənim layihələrimi başa düşə bilməzlər. Hətta mənim ailəmdə yazdığım musiqini anlamayıblar. Nə olsun ki, o mənim övladımdır, mən onun anasıyam. O, Elza deyil. Çox inciyirəm, fikir edirəm, hətta evimdən mənə təcavüz olunur. Övladım deyir bunu başa düşmürəm, dəyişdir. Ailəmizdə həmişə mənə qarşı qısqanclıq olub, onu etmə, bunu etmə söyləyiblər. Hamı mənim kimi geyinir, amma məndə nöqsan tuturlar”.

Müğənni oğlu Əkbərin ikinci dəfə ailə qurmasından da bəhs edib:

“Allah hər evdə vağzalı səsləndirsin. İki subay övladım var. İnanıram ki, oğlumun xoşbəxt ailəsi olacaq. Heç bir valideyn istəməz ki, övladının ailəsi alınmasın. Məndən qayınana çıxmaz, mən bacıyam, nənəyəm, rəfiqəyəm, xalayam, bibiyəm. Mən artıq neçə ildir ki, nənəyəm”.