“Mənə və Afətə görə narahat olanlara təşəkkür...” - Azadə Balayeva

mene-ve-afete-gore-narahat-olanlara-tesekkur
Oxunma sayı: 1595

Space TV-nin xəbərlər departamentinin baş redaktoru Azadə Balayeva ötən gün kanaldakı qalmaqalla yayılan məlumata reaksiya verib. 

“Qafqazinfo”nun məlumatına görə, jurnalist  keçmiş ANS-çi Afət Telmanqızının onun yerinə təyinat alması ilə bağlı konkret fikir səsləndirməsə də, xəbəri şayiə adlandırıb:

“Mənə və Afətə görə narahat olan, yanımızda olan bütün dostlarıma təşəkkür edirəm. Yaxşı ki, varsınız. İnşallah, gün gələr, nə vaxtsa biz də şayiə jurnalistikasının mövcud olmadığı bir dövrə gəlib çıxarıq. Sizi də narahat etmərik”.

Xatırladaq ki, ötən gün ölkə.az saytının yaydığı informasiyada bildirilirdi ki, Space TV-nin rəhbəri Vaqif Mustafayev A.Balayevanı Afət Telmanqızı ilə əvəzləyib. Balayeva isə V.Mustafayevin bu qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.