“Mənə yuxarıdan aşağı baxırdılarsa...”

mene-yuxaridan-asagi-baxirdilarsa
Oxunma sayı: 1001



“Qafqazinfo”ya açıqlama verən mahnının müəllifi meyxanaçı Samir Vida müğənnilərin yalan danışdığını, mahnı üçün ondan icazə almadıqlarını bildirib:

 “Ayanın prodüseri deyir ki, mənim prodüserim Pənahla danışıblar və mahnını oxumaq üçün icazə alıblar. Əvvəla, ümumiyyətlə, prodüserim yoxdur. Pənah kimdir? Əgər məndən icazə alıblarsa, rəsmi icazələrini gətirib göstərsinlər. Qanuni dövlətdə yaşayırıq, burada əsas kağız üzərində yazılardır. Hər yoldan ötəndən icazə alıb, deyəcəklər ki, icazə almışıq? 

Deyirlər ki, mən guya bununla özümü reklam edirəm və populyarlıq qazanmaq istəyirəm. Reklam edən olsam, populyarlıq istəsəm, başqa şeylərlə edərdim. Hər halda mahnının dinlənməsinə baxsaq, kimin ifasında daha populyar olması ortaya çıxar. Mənim ifamda 240 mindən çox adam izləyib, 11 min izlənmə isə onların ifasındadır. İndi baxın kimdir populyar olmaq istəyən? Belə populyardılarsa, mənə yuxarıdan aşağı baxırdılarsa, onlardan populyar olmayan şəxsin mahnısını heç bir məbləğ ödəmədən ifa etməzdilər. Mən sübutla danışıram, onlar da sübutla danışsınlar”.

Könül