Meneceri güllələyən şəxsə 20 il həbs istənildi

meneceri-gulleleyen-sexse-20-il-hebs-istenildi
Oxunma sayı: 1348

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İraq Hava Yolları” şirkətinin satış meneceri Əli Ağalını öldürməkdə təqdirləndirilən həmin şirkətin sürücüsü Elşən Bəşirova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək E.Bəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Ə.Ağalının atası Xalid Ağayev çıxış edərək E.Bəşirova ömürlük cəza verilməsini istəyib: “Bunu tikə-tikə etsələr də, oğlum qayıtmayacaq. Amma ömürlük cəza verin ki, hirsimiz soyusun. Bu adam əgər oğlumu uzaqdan güllələsəydi, bəlkə də onu bağışlayardım”.

Çıxışından sonra X.Ağayev ağlamağa başlayıb. 

Proses fevralın 21-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 7-də "Dəmirçi Plaza"da yerləşən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.

Murad Əhməd