Meneceri öldürən iş yoldaşı psixi xəstə imiş

Meneceri öldürən iş yoldaşı psixi xəstə imiş
Oxunma sayı: 1481

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İraq Hava Yolları” şirkətinin satış meneceri Əli Ağalını öldürməkdə təqdirləndirilən həmin şirkətin sürücüsü Elşən Bəşirovun məhkəməsi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə E.Bəşirovun vəkili vəsatət qaldırıraraq müvəkkilinin psixi xəstə olduğunu deyib: "Elşən Bəşirov bununla bağlı 2011-ci ildən xəstəxanada müalicə alır. Onun psixi durumu ilə bağlı ekspertizanın keçirilməsini istəyirik".

Vəsatət təmin edilib, E.Bəşirov barəsində psixi ekspertiza təyin edilib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 7-də "Dəmirçi Plaza"da yerləşən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi