Meneceri öldürən sürücüyə hökm oxundu

meneceri-olduren-surucuye-hokm-oxundu
Oxunma sayı: 1416

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İraq Hava Yolları” şirkətinin satış meneceri Əli Ağalını öldürməkdə təqsirləndirilən həmin şirkətin sürücüsü Elşən Bəşirova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü E.Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 7-də "Dəmirçi Plaza"da yerləşən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.

Murad Əhməd