Meneceri öldürənlə bağlı yenidən araşdırma aparılacaq

meneceri-oldurenle-bagli-yeniden-arasdirma-aparilacaq
Oxunma sayı: 1648

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İraq Hava Yolları” şirkətinin satış meneceri Əli Ağalını öldürməkdə təqdirləndirilən həmin şirkətin sürücüsü Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə məhkəməyə yeni sənəd daxil olub.

Zərərçəkənin hüquqi varisinin vəkili  sənəd təqdim edərək müvəkkilinin vəziyyətinin ağırlaşdığı üçün xəstəxanaya yerləşdirildiyini bildirib. O qeyd edib ki, buna ötən iclasda E.Bəşirovun onu təhqir etməsi səbəb olub. 

Hakim bu məsələ ilə bağlı araşdırılma aparılması üçün sənədlərin Baş Prokurorluğa göndəriləcəyini bildirib.  Məhkəmə prosesi noyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 7-də "Dəmirçi Plaza"da yerləşən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.

Murad Əhməd