“Məni beyzbol ağacıyla döydülər” - Aktyorla dalaşan iş adamı

meni-beyzbol-agaciyla-doyduler
Oxunma sayı: 4210

Türkiyəli aktyor Nejat İşlerin döyülməsinin təfərrüatı məlum olub.   “Qafqazinfo” xəbər verir ki, aktyorla dava edən iş adamı hadisə barədə açıqlama verib. O, həyat yoldaşının Nejatın pərəstişkarı olmadığını, mübahisənin başqa səbəbdən meydana gəldiyini bildirib. 

34 yaşlı H. E toydan sonra xanımı ilə Bodruma getdiyini, həmin gecə əylənmək üçün Nejatın olduğu bara üz tutduqlarını söyləyib:

“Yeni evlənmişdim, bal ayımız idi. Gümüşlükdə bir restoran-bara gedib əylənmək istədik. Yedik, içdik.  Mən daha bir içki almaq üçün bara yaxınlaşdım. Şüşəni götürmək istəyəndə səhvən qolum Nejat İşlerə toxundu. Üzr istədim, amma o mənə “Buradan içki ala bilməzsən, sən necə insansan?” dedi. Mən də onun Nejat İşler olduğunun fərqinə vardım və dedim: “Qardaş, onsuz da bal ayımızdayıq, xoşbəxt günlərimizdir. Üzr istəyirəm, problem yaranmasın”. 

Nejat sərxoş idi,  həyat yoldaşımın yanında məni söydü, təhqir etdi. Osifiantlar məni qolumdan tutaraq küçəyə atdılar. Təəccübləndim, bizim günahımız yox idi. Təkrar içəri girdim. Yenə söyüş söydü. Nə yalan deyim, ona 2-3 dəfə yumruq vurdum. Bundan sonra aləm qarışdı. Bir qrup şəxs bezybol ağacı ilə məni döydü. Daha sonra polis gəldi. Nə o, nə də mən şikayətçi oldum. İçki olan ortamda belə davalar olur”.