“Məni döyüşlər yox, 100 minlər maraqlandırır” - Həbibin meneceri

meni-doyusler-yox-100-minler-maraqlandirir
Oxunma sayı: 2693

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz gəlir gətirməyən oyunların onların marağında olmadığını bildirib.

“Qafqazinfo” “TMZ”yə istinadən xəbər verir ki, Abdel-Əziz Həbibin titul qazanmaq üçün potensial döyüşçülərlə rinqə çıxmasını istəmədiyini deyib:

“Həbib dünya ulduzudur. O, Putinlə, Ərdoğanla görüşdü. Askren və Vudli kimi döyüşçülərin heç biri Həbibə çata bilməz. Məni döyüşlər yox, 50-100 min dollarlar maraqlandırır. Askrenlə Vudli isə 100 min dollar qazandırmayacaq”.