“Məni əsəbləşdirməyin” – Mətanət İsgəndərli

meni-eseblesdirmeyin-metanet-isgenderli
Oxunma sayı: 1302

Məsələ ilə bağlı açıqlama verən Mətanət İsgəndərli söz-söhbətin tamamilə yalan olduğunu dilə gətirib: “Ay Allah, axı bu nə söhbətlərdir mən eşidirəm? Yayılan o xəbər sadəcə şayiədir. Hamısı boş və mənasız söhbətlərdir. Mən anlamıram bu cür yalnış xəbərlər haradan yayılır?! Artıq açıqlama verməkdən bezmişəm”.

Bu haqda sonunca dəfə danışdığını vurğulayan əməkdar artist məsələ ilə bağlı bir daha açıqlama verməyəcəyini qeyd etdi: “Buradan hər kəsə səslənirəm və xahiş edirəm, birdə buna görə heç kim məni narahat etməsin. Eyni sözləri deməkdən bezmişəm. Bu barədə daha danışmayacam. Xahiş edirəm anlayış göstərin və bir daha bu məsələyə görə məni əsəbləşdirməyin”. /SİA/