“Məni indi daha çox sevirlər…” - Ayandan yeni fotosessiya

meni-indi-daha-cox-sevirler
Oxunma sayı: 693

Türkiyədə yaşayan müğənni Ayan Babakişiyeva yeni fotosessiyasını təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi fotoqraf Ramin Aslanovun kamerası qarşısına keçib. Onun imici üzərində stilist Roma çalışıb. 

Efirlərdən uzaq gəzən Ayan hər zaman gündəmdə qalmağı bacardığını söyləyib:

 “Hər gün efirdə olmaq, gündəmdə qalmaq deyil. Xalqıma minnətdaram ki, məni indi daha çox sevirlər. Uzaqda olsam belə məni çox istəyirlər. Bu sevginin qarşısında söz verirəm ki, möhtəşəm bir layihə edəcəm. Hələ bu fotosessiyamı təqdim edim. Davamı daha maraqlı olacaq”.